This is a specific ad

Ölkədə ət və süd istehsalı artıb, yumurta istehsalı isə azalıb-STATİSTİKA

28

Another advertisement

2023-cü ilin III rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstanda yumurta istehsalı azalıb,süd və ət istehsalı artıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə məlumat Dövlət Statistika Komitəsinin müvafiq hesabatında öz əksini tapıb.

Məlumata əsasən, cari ilin üçüncü rübündə ölkədə ət istehsalı 22,1% artaraq 18,2 min ton təşkil edib. Süd istehsalında artım göstıricisi 4.8% olub ki, bu da 170.9 milyon litr süd deməkdir.

Qeyd edilən dövrdə ölkədə yumurta istehsalı 7.4% azalıb. İyul-sentyabr aylarında ölkədə 148.6 milyon ədəd yumurta istehsal edilib.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstan xaricdən 48 milyon 241 min ədəd yumurta daxil edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Noyabrın 23-dək ölkədə gözlənilən hava şəraiti
Öncəki yazı
İsrailli girovların ailələri Ankaraya gələrək Ərdoğanla görüşmək istəyir