Another advertisement
Dövlət proqramı çərçivəsində xəstəliyin ağırlaşma riski yüksək olan risk qruplarına qrip virusuna qarşı peyvənd ödənişsiz həyata keçiriləcək.
2023-2024-cü illərin qrip mövsümü üçün ölkədə qripə qarşı peyvənd üçün yüksək risk qrupları müəyyən edilib.
Risk qrupuna daxildir: Şəkərli diabet xəstələri, dializ keçirən şəxslər, HİV infeksiyası/AİDS olan şəxslər,orqan transplantasiyası və kistik fibroz olan şəxslər, 60 və daha yuxarı yaşlılar, hamilə qadınlar, ümumi təhsil müəssisələrinin müəllimləri.
peyvəndi oktyabrın ikinci yarısından etibarən immunizasiya xidməti göstərən müəssisələrdə əldə etmək mümkün olacaq və onların siyahısı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin saytında dərc olunacaq.