Ölkə sərhədində böyük miqdarda bəyan edilməmiş siqaretin qanunsuz keçirilməsinin qarşısı alınıb

180

Kazbeqi gömrük-keçid məntəqəsində ölkə sərhədindən böyük miqdarda bəyan edilməmiş siqaretin qanunsuz keçirilməsi ilə bağlı 2 fakt aşkar edilib. Məlumatı Dövlət Gəlirləri Xidməti yayıb.

Qurumun məlumatına görə, Maliyyə Nazirliyi Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşları şübhə əsasında xarici ölkə vətəndaşlarının yükünü və avtomobilini ətraflı yoxlama zamanı ümumilikdə 436 ədəd bəyan edilməmiş elektron siqaret aşkarlayıblar.

Qanun pozuntusu edən şəxslərdən biri elektron siqaretləri avtomobilin salonunda əvvəlcədən hazırlanmış gizli yerlərdə yerləşdirib. Gömrük nəzarəti çərçivəsində aparılan sorğu zamanı isə vətəndaş bəyan edilməmiş malların mövcudluğunu qəsdən inkar edərək onları gömrük orqanından gizli şəkildə keçirməyə və gömrük rüsumundan yayınmağa cəhd göstərib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü bəndinə əsasən, qanunu pozan şəxslərdən birinə 1000 lari məbləğində, digərinə isə həmin məcəllənin 168-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, malın dəyərinin 100%-i həcmində, yəni 9880 lari məbləğində cərimə kəsilib.

Bununla yanaşı, hər iki vətəndaşın bəyan edilməmiş malları tam şəkildə müsadirə olunub.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
24 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
“Lelo-Güclü Gürcüstan” partiyasının Bolnisi üzrə namizədi Asəf Çıraqov namizədliyini geri götürüb