This is a specific ad

Ölkə prezidenti Prokurorluğa çağırılıb

8

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı verilən bəyanatla əlaqədar prokurorluğa çağırılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

“Mərkəzi Seçki Komissiyasının 30 oktyabr 2024-cü il tarixli müraciəti əsasında Gürcüstan Prokurorluğu parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 164³ maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.

MSK-nın elanına və kütləvi informasiya vasitələri ilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır, ona görə də qanuna əsasən, Gürcüstan prezidenti bu il oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb. Gürcüstan Prokurorluğu MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. Onların arasında istintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək.

Burada ictimaiyyətin diqqətinə çatdırırıq ki, hüquq-mühafizə orqanları seçkiqabağı dövrdə və səsvermə günü aşkar edilmiş ayrı-ayrı qanun pozuntularının öyrənilməsi məqsədilə bir sıra cinayət işləri üzrə fəal araşdırmalar aparır. Dövlət prokurorluğu araşdırmanın nəticələri barədə vaxtaşırı ictimaiyyətə məlumat verəcək”, – deyə məlumatda bildirilir.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
Prokurorluq parlament seçkilərində saxtakarlıq faktı ilə bağlı araşdırmalara başlayıb
Öncəki yazı
Bəzi məntəqələrdə seçki nəticələrinin yenidən yoxlanacağı bildirilir