Another advertisement
Noyabrın 25-də 11-ci çağırış parlamentinin ilk iclası zamanı ziyarətçilərin binaya girişi məhdudlaşdırılacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ölkə parlamentinin rəhbərliyi qərar qəbul edib.
“Noyabrın 25-də Gürcüstan parlamentinin binası sarı təhlükəsizlik səviyyəsində olacaq ki, bu da ziyarətçilər üçün məhdudiyyətləri nəzərdə tutur. Binada akkreditə olunmuş hər telekanaldan cəmi iki çəkiliş qrupu çalışacaq”, – məlumatda bildirilib.
Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifət dünən keçirilən mitinqdə ölkə sakinlərini sabah paytaxtda toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.