İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru, İmmunoloq, professor, tibb elmləri doktoru, Gürcüstanda HİV/AİDS xidmətinin yaradıcısı Tengiz Çerçvadze 76 yaşında dünyasını dəyişib.
QafqazTürk media xəbər verir ki, Tengiz Çerçvadze Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin, həmçinin Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin, Avropa Qaraciyər Xəstəliklərini Öyrənmə Assosiasiyasının, Nyu-York Elmlər Akademiyasının üzvü idi. Gürcüstanın İnfeksionistlər, Hepatoloqlar, Parazitoloqlar, Epidemioloqlar və Mikrobioloqlar Elmi Assosiasiyasının vitse-prezidenti, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə ölkə üzrə Koordinasiya Şurasının üzvü, QİÇS üzrə Beynəlxalq Cəmiyyətin üzvü idi. O, Mükəmməllik Prezident Ordeni və həmçinin Şərəf Ordeni ilə təltif olunub.