This is a specific ad

“Ölkəni geri qaytaraq” – vətəndaş fəalları bu gündən Parlament qarşısında etiraz aksiyalarına başlayır

298

Another advertisement

“Ölkəni geri qaytaraq” – bu gün, noyabrın 2-də saat 20:00-da Parlament qarşısında etiraz aksiyası keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, mitinqin təşkilatçısı “Dalğa” vətəndaş hərəkatıdır. Hərəkatın məlumatına görə, ölkədə seçkilər kütləvi şəkildə saxtalaşdırılıb, seçicinin səsvermənin məxfiliyi prinsipi pozulub, bu səbəbdən aksiyalar hər gün davam edəcək.

“Noyabrın 2-də, şənbə günü, saat 20:00-da qəzəbli vətəndaşlar Rustaveli prospektinə toplaşacaqlar. Ölkədə keçirilən seçkilər kütləvi şəkildə saxtalaşdırılıb. Seçicinin səsvermənin gizliliyi prinsipi kobud şəkildə pozulub ki, bu da bizim konstitusion hüquqlarımızı pozur.

SAİA səslərin hesablanması zamanı texnologiyalardan qəsdən düzgün istifadə olunmadığı üçün seçkilərin elektron üsulla keçirildiyi 2263 məntəqənin nəticələrinin ləğvini tələb edir. Bu tələb yerinə yetirilməyənə qədər etirazımız dayanmayacaq! Bundan əlavə, dünən, oktyabrın 30-da Avropa İttifaqının nümayəndəsi hökumətin qanunsuz hərəkətləri səbəbindən Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının dayandırıldığını rəsmən bəyan edib.

Gürcüstan Konstitusiyası gürcü xalqının iradəsini – Avropaya inteqrasiyaya can atmasını aydın şəkildə təsbit edir. Lakin hakimiyyət bu prosesi dayandırıb və hər gün camaata yalan danışır, guya hər şey qaydasındadır.

Burada hamı liderdir – vətəndaş da, fəal da, qeyri-hökumət təşkilatı da, müxalifət partiyası da. Bu mübarizə hamınındır və biz bərabər hüquqlarla prosesi birlikdə idarə edəcəyik.

Noyabrın 2-də, saat 20:00-da Rustaveli prospektində, Parlamentin qarşısında görüşəcəyik. Mitinq hər gün saat 20:00-dan qələbəyə qədər davam edəcək”, – deyə məlumatda bildirilir.

Sonrakı yazı
Son bir ay ərzində müxtəlif ölkələrin 60 vətəndaşı Gürcüstandan çıxarılıb
Öncəki yazı
Xarkova hücum- Bir ölü, 46 yaralı