Another advertisement
Cari ilin iyul ayında Gürcüstanın istehlak bazarında qiymətlər 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,8 faiz artıb.
QafqazTürk Media xəbər verir ki, hesabatı Milli Statistika Xidməti yayıb.
Hesabata əsasən, nəqliyyat xidmətlərində bahalaşma 9,4 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,3 faiz, təhsil sahəsində isə 3,8 faiz göstərir.
Qeyd edək ki, rəsmi məlumata görə, rabitə xidmətləri 7,6 faiz, geyim və ayaqqabılar 3,8 faiz, kommunal xidmətlər 2,8 faiz, istirahət, əyləncə və mədəniyyət sektoru 1,1 faiz, mebel isə 1 faiz ucuzlaşıb.