This is a specific ad

Ölkəmizdə nə baş verir?-Bəlkə birlikdə gözdən keçirək?

232

Another advertisement

Ölkəmizdə nə baş verir?

Gəlin, olanları gözdən keçirək.

Bildiyimiz kimi, 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib oldu.

Təbii ki, hər şey bununla bitmədi və göründüyü kimi hələ də gündəmdədir.

Xatırladaq ki, seçkilərdən öncə İvanişvili konstitusiya əksəriyyətinin əhəmiyyətini vurğulayırdı və “Gürcü arzusu” partiyası 89 deputatla parlamentdə təmsil olunacaq əksəriyyəti saxlayıb.

“Gürcüstan üçün Qaxariya” partiyasının isə 12 mandatı var.

Maraqlı məqam var.

Keçmiş baş nazir Qiorqi Qaxariya seçkilərdən öncə bildirmişdi ki, biz seçkidən sonra hakim partiya və ya “Vahid Milli Hərəkat” la birləşə bilərik. Bu bəlli deyil.

Bir neçə gün öncə verdiyi bəyanatda isə hakim partiyanın legitimliyini tanımayacağını bildirib və bunu hansı formada göstərəcəklərinin sadəcə özlərinin bilməli olduğunu vurğulayıb. Bununla yanaşı, 2020-ci il seçkilərini xatırlayaraq insanların necə and içmələrinə baxmayaraq parlamentə daxil olduqlarını nümunə gətirib. Müxalifət partiyalarına isə “hər kəs öz işinə baxsın”- deyə müraciət edib.

Unutmayaq ki, 89+12 cəmi 101-ə bərabərdir, bu da parlamentdə konstitusiya əksəriyyəti deməkdir, ancaq bu o demək deyil ki, Qaxariya parlamentə daxil olarsa, hakim partiya ilə birləşəcək, əksinə özü güclü bir müxalif siyasətçi olaraq parlamentdə özünə yer tapacaq.

Bəs Qaxariyanın buradan gözləntisi nədir?

Bəlkə növbəti prezident o olacaq?

Baş nazir, Daxili işlər naziri olubsa, prezidentmi ola bilməyəcək?

Qaxariyanin siyasi karyerasına nəzər salsaq, görərik ki, əgər o CV-sini prezidentliklə tamamlarsa, ölkə üzrə ən möhtəşəm CV-yə sahib şəxs ola bilər.

Dəyərli oxucular, siz də unutmayın ki, bu sadəcə bir jurnalist təxminləridir.

Yaşayıb görərik təxminlərimiz nə dərəcədə reallıqla uyğunlaşacaq.

 

 

Sonrakı yazı
Bayramın mübarək, Türkiyə!
Öncəki yazı
Milli musiqimizin babası