Another advertisement
Ölkə prezidenti Salome Zurabişvili elan edib ki, sentyabrın 13-də Orbeliani sarayında olimpiyaçıların və paralimpiyaçıların mükafatlandırılması üçün ictimai mərasim keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, ölkə başçısı bu barədə ötən gecə Gürcüstan: Çexiya oyununda milli komandanı Respublika meydanından izləyərkən bildirib.
Zurabişvili mərasimə vətəndaşları da dəvət edib:
“Orada [stadionda] hamıya yer yox idi, çox adam çöldə qaldı. Prezident xalqın yanındadır.
Hamınızın burada olmanızdan istifadə edəcəm. Sentyabrın 13-də Orbeliani sarayında kütləvi tədbir olacaq, olimpiyaçılarımızı və paralimpiyaçılarımızı xalqla birlikdə gözləyəcəyik, mükafatlandırma mərasimi olacaq. Hər birinizi gözləyirik”.