Öldüyü elan edilən gənc morqda dirildi – həkimlər nə deyirlər?

41

Azərbaycanda öldüyü güman edilən şəxs morqda dirilib. Onun əslində sağ olduğu ortaya çıxıb.

Bu barədə KİV məlumat verir.

Məlumata görə, Cəlilabad rayonunun Taxırlı kəndindən olan 34 yaşlı kişi qohumları tərəfindən evində ölü tapılıb. O, ölüm səbəbini müəyyən etmək üçün müayinəyə aparılıb, orada kişinin sağ olduğu və komada olduğu müəyyən edilib.

Dirilən şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda reanimasiya şöbəsindədir, ancaq həkimlər onun vəziyyətinin yavaş-yavaş stabilləşdiyini deyirlər.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
ABŞ Yəməndəki “husilər”ə qarşı “qətiyyətli və güclü” hava hücumları dalğasına başlayıb
Öncəki yazı
Azərbaycan elminə ağır itki- Professor Hidayət Hüseynov vəfat edib