This is a specific ad

Olaf Şolts və Donald Tramp arasında telefon danışığı olub

34

Another advertisement

Almaniya kansleri Olaf Şolts və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Tramp və Şolts Avropada təhlükəsizlik siyasətinin çağırışlarından danışıblar.

“Tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinin çox uzun müddətdir davam etdiyi, ədalətli və davamlı sülh yoluna mümkün qədər tez düşməyin vacib olduğu barədə razılığa gəliblər”, – Qebestreit əlavə edib.

Eyni zamanda, Şolts təsdiqləyib ki, Almaniya lazım olduğu müddətcə Rusiya təcavüzündən müdafiədə Ukraynanı dəstəkləməyə davam edəcək.

Sonrakı yazı
ABŞ bu şəxslərə viza məhdudiyyəti qoyur
Öncəki yazı
Tbilisidə aksiya davam edir