• 23 Fevral 2025 00:54

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Olaf Şolts Keir Starmer ilə görüşdə – Biz Kiyevi dəstəkləməyə davam edəcəyik

ByTürkan Şahverdova

Fev 3, 2025
Another advertisement

Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Keir Starmer görüşdə Ukraynada Rusiyaya qarşı müharibəni müzakirə edib və Kiyevə yardımı davam etdirəcəklərini açıqlayıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

“Bizim avropalılar və Ukraynanın dostları olaraq ümumi strategiya hazırlamağımızın vaxtı çatıb. Bu, ilk növbədə, Kiyevə dəstəyimizi davam etdirəcəyimiz deməkdir”, – Olaf Şolts bildirib.

Bundan əlavə, Britaniya hökumətinin saytında Olaf Şolts və Keir Starmer arasında aparılan danışıqların nəticələri barədə press-reliz dərc olunub.

“Baş nazir bir daha vurğulayıb ki, Ukraynanın mövqelərinin qarşıdakı aylarda mümkün qədər güclü olması vacibdir ki, gücdən istifadə etməklə sülh əldə olunsun. Liderlər razılaşıblar ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi Avropada müdafiə istehsalının artırılması və koordinasiyasının vacibliyini vurğulayır”, – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, Olaf Şoltsla Keir Starmer arasında görüş dünən London yaxınlığındakı Keir Starmerin Checkers iqamətgahında baş tutub.