Another advertisement
2023-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,6%, illik inflyasiyanın səviyyəsi isə 0,8% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyasına gəldikdə isə sözügedən indeks 2023-cü ilin oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% təşkil edib.
Meyvələrin qiyməti 15%, balığın qiyməti 6,9%, ətin qiyməti isə 5,9% artıb.
“Business Press News” oktyabrda qiyməti ən çox bahalaşan 10 məhsulun siyahısını təqdim edir:
- Şaftalı – 52.%
- Üzüm – 40,8%
- Göyərti – 39,2%
- Gavalı – 38,2%
- Armud – 34,1%
- Xiyar – 27,8%
- Kələm – 22,9%
- Tomat pastası – 21,3%
- Alma – 18,%
- Bibər – 16,8%