This is a specific ad

Oğurluq edən iki şəxs həbs edilib

301

Another advertisement

Polis Tbilisidə iki xarici vətəndaşı oğurluqda ittiham edərək həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun verdiyi məlumata görə, cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Aparılan əməliyyat-axtarış-istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları tərəfindən iki Ukrayna vətəndaşı oğurluqda ittiham olunaraq həbs edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi və 19-177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi ilə aparılır və cinayətə görə 4-dən 7 ilədək cəza nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən biri oğurluq məqsədilə Tbilisi şəhərindəki mənzilə qanunsuz daxil olub və orada vətəndaşın əşyalarını qanunsuz ələ keçirib.

Həmçinin bildirilir ki, təqsirləndirilən şəxslərdən  digəri də oğurluq məqsədi ilə Tbilisidəki evlərdən birinə soxulub, lakin o, niyyətini həyata keçirə bilməyib. Daha sonra o, başqa vətəndaşa məxsus avtomobili qaçırıb.

Oğurlanmış əşyalar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut kimi götürülüb”, –  deyə məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə cəsəd tapılıb – Ürəyi zəif olanlar baxmasın(FOTO)
Öncəki yazı
Paris – 2024: Azərbaycandan daha bir qızıl medal