Kutaisidə azyaşlı uşağı döyən nənə saxlanılıb. Hadisə barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Yayılan kadrlara əsasən, qadın uşağı yeməklə dolu boşqaba əl vurduqdan sonra döyüb.
DİN-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-ci prima maddəsi üzrə istintaq aparılır. Bu maddə ailənin azyaşlı üzvünə qarşı zorakılığı nəzərdə tutur.