This is a specific ad

Nə sən döndün, nə biz döndük

50

Another advertisement

Nə sən döndün, nə biz döndük

6 Yanvar XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, unudulmaz şairi hörmətlə xatırlayır, ona uca Allahdan rəhmət diləyirik!

Xatırladırıq ki, bu gün nakam şairin vəfatından 87 il ötür.

Bu münasibətlə onun bir şeirini oxucularımıza təqdim edirik:

Yaşa, könül

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman atdım,

Dəydi oxum daşa, könül!

 

Bir od düşdü buluduna,

Yandı könül eşq oduna,

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül!

 

Tərlansan, göydən enməzsən,

Bu torpaqda sevinməzsən,

Mən dönərəm, sən dönməzsən,

Yaşa, könül, yaşa, könül!

Sonrakı yazı
Zelenski- Donald Tramp Putini dayandıra bilər, çünki Putin ondan qorxur
Öncəki yazı
ახალი რეგულაცია, რომელიც 1 იანვრიდან ამოქმედდა