This is a specific ad

Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb

80

Another advertisement

Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.

Nyu-York ABŞ-nin digər şəhər və ştatları ilə müqayisədə yanğınlardan daha çox təsirlənib.

Şəhərdə görmə məsafəsi azalıb, tibbi maskalardan istifadə çoxalıb.

Səhiyyə rəsmiləri şəhər sakinlərini açıq hava fəaliyyətini məhdudlaşdırmağa çağırıb. Müraciətdə qeyd olunur ki, meşə yanğını tüstüsünün tərkibində PM2.5 adlı çox kiçik, lakin çox təhlükəli hissəcik var.

Bu hissəcik nəfəs aldıqda, ağciyərlərin dərinliyinə daxil ola və qanla qarışa bilər.Nyu-York şəhər meriyası hava keyfiyyəti xəbərdarlığı edib. Şəhərdəki təhsil ocaqlarında açıq hava tədbirləri ləğv edilib, hava limanlarında uçuşlar ləngiyib.

Nyu-York meri Erik Adams şəhər sakinlərini ehtiyatlı olmağa çağırıb.

Şəhərin fövqəladə hallar üzrə komissarı Zak İskol bildirib ki, Nyu-Yorkdakı dumanlı hava şəraitinin yaxın bir necə gün ərzində davam edəcəyi gözlənilir.

Z.İskol mövcud havanın keyfiyyətini potensial olaraq şəhərin indiyədək gördüyü ən pis hava adlandırıb və Nyu-Yorkun Hindistanın Dehli şəhərindən sonra dünyanın ən çirkli havasına malik ikinci şəhəri seçildiyini deyib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidə yeniyetmə qız qaçırılıb
Öncəki yazı
Məktəbəqədər hazırlıq qruplarına qeydiyyat devam edir