This is a specific ad

Nyu-York polisi dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənini həbs edib

11

Another advertisement

BMT-nin mənzil-qərargahı önündə Nyu-Yorkda yaşayan azərbaycanlılar tərəfindən erməni yalanlarına qarşı təşkil olunan etiraz aksiyası yekunlaşıb.

QfaqazTürk.com “Report”a istinadən xəbər verir ki, Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə baş tutan aksiyada azərbaycanlılar beynəxalq təşkilatdan ədalət tələb ediblər.

Əllərində Azərbaycan bayraqları və plakalatla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasına məsələyə ədalətlə yanaşmağa çağırış ediblər.

Onlar ərazidən keçən diplomatları Erməistanın işğalçılıq siyasəti və yalanları barədə məlumatlandırıblar.

Aksiyanın keçirildiyi əraziyə gələn bir qrup erməni dinc aksiyanı pozaraq aksiya iştirakçalarına qarşı təxribat törədiblər. Onlar əllərində plakatlar və qondarma ölkənin bayraqları ilə azərbaycanlılara hücum çəkib, yoldan keçən maşınların qarşısını əllərindəki plakatlarla kəsiblər. Azərbaycan bayraqlarını cırmaq istəyən ermənilər onların qəzəbinə tuş gəlib. Ərazidə qarşıdurma yaşanıb.

Nümayişin keçirildiyi əraziyə Nyu-York polis departamentinin əməkdaşları gəlib. Azərbaycanlılara təziq göstərən ermənilər polisə yalan məlumatlar verərək özlərini müdafiə etməyə çalışıblar. Polis insidentə dair foto və video görüntüləri izləyib.

Polisin azərbaycanlılara hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib. Təxribat törədən və özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni vətəndaşı sorğu üçün polis bölməsinə aparılıb.

Aksiya iştirakçıları arasında Alidə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsimə aparılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bəy öz toyunda bıçaqlandı-Yerli sakinlər hadisə ilə bağlı danışırlar
Öncəki yazı
Təbrizdə azarkeşlər Azərbaycana dəstək şüarları səsləndiriblər – VİDEO