This is a specific ad

Nyu-York metrosunu bir gündə 4 milyon insan istifadə edib

94

Another advertisement

Keçən cümə axşamı Nyu-York metrosuna 4 milyon insan minib ki, bu, 2020-ci ildə pandemiya başlayandan bəri ən yüksək gündəlik sərnişin axını olub.

Nyu-York qubernatoru Kate Hochullun cümə günü verdiyi açıqlamaya görə, 2020-ci ilin mart ayında metroda sərnişinlərin sayı 90% azalmışdır. Pandemiyadan sonrakı dövrdə isə bu həftə qeydə alınan rəqəm rekorddur. Buna baxmayaraq, pandemiyadan əvvəl Nyu-Yorkun metro sistemindən gündəlik istifadə edən insanların orta sayından, təxminən 5,5 milyon hələ də aşağıdır.

Qubernatorun sözlərinə görə, metro Nyu-Yorkun hərəkət etdirici qüvvəsidir, onun abadlaşdırılması üçün zamanında Nyu-York şəhəri ən böyük sərmayələri yatırıb.

Sonrakı yazı
Luka Kiladze 15 yaşa qədər gənclər arasında dünya çempionudur
Öncəki yazı
Gürcüstan ilə İtaliya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb