Another advertisement
Keçən cümə axşamı Nyu-York metrosuna 4 milyon insan minib ki, bu, 2020-ci ildə pandemiya başlayandan bəri ən yüksək gündəlik sərnişin axını olub.
Nyu-York qubernatoru Kate Hochullun cümə günü verdiyi açıqlamaya görə, 2020-ci ilin mart ayında metroda sərnişinlərin sayı 90% azalmışdır. Pandemiyadan sonrakı dövrdə isə bu həftə qeydə alınan rəqəm rekorddur. Buna baxmayaraq, pandemiyadan əvvəl Nyu-Yorkun metro sistemindən gündəlik istifadə edən insanların orta sayından, təxminən 5,5 milyon hələ də aşağıdır.
Qubernatorun sözlərinə görə, metro Nyu-Yorkun hərəkət etdirici qüvvəsidir, onun abadlaşdırılması üçün zamanında Nyu-York şəhəri ən böyük sərmayələri yatırıb.