Noyabrın 25-də hökumətin yeni tərkibi və hökumət proqramı etimad səsverməsi üçün parlamentə təqdim olunacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.
“Gələn bazar ertəsi hökumətin tərkibi etimad bəyannaməsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Mən bütün nazirliklərdən xahiş edərdim ki, hökumət proqramını yekunlaşdırmaq üzərində işə başlasınlar. Bildiyiniz kimi, hökumətin tərkibi ilə yanaşı, biz bazar ertəsi Gürcüstan parlamentinə 4 illik hökumət proqramını təqdim etməliyik və bütün detalların dəqiqləşdirilməsi vacibdir. Hər bir nazirliyə və nazirə müraciətim budur. Hökumət proqramında öz əksini tapmış iddialı vəzifəmiz var. 4 il ərzində biz ölkəmizi tamamilə fərqli inkişaf mərhələsinə aparmalıyıq. Bu, bizim dövlət proqramında nəzərdə tutulub. İndi ən vacibi bütün tapşırıqları layiqincə yerinə yetirmək üçün gündəlik işdir”, – İrakli Kobaxidze bildirib.