“Novruz günü bu şəhərdə budur adət…”
XII əsrin görkəmli gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması dünya ədəbiyyatı xəzinəsinin qiymətli incilərindəndir.
Qafqaz Türk Media bu büyük Novruz bayramı günündə xəbər verir:
Əsər xalqın istək və arzularını, adət və ənənələrini, qədim gürcü dilini yaşadan misilsiz qəhrəmanlıq və məhəbbət dastanıdır. Burada xalqımızın həyatında xüsusi yer tutan adət-ənənələr, milli bayramlar və s. də yer almaqdadır. Məsələn, əsərdə Novruz bayramının xatırlanması, Novruz bayramı ilə əlaqəli epizodların olmağı sevindirici bir haldır. Kainat, xalqlar, millətlər, adət-ənənələr, dinlər və s. haqqında dərin bilgilərə sahib olan Şota Rustaveli öz əsərində Novruz bayramının xüsusiyyətlərini dərindən bilən bir şəxs kimi aydınlıq gətirir:
Novruz bayramının xatırlandığı bir neçə bəndi diqqətinizə çatdırırıq:
Eşit, qoçaq, Novruz günü bu şəhərdə budur adət,
Tacir əhli yola çıxmaz, alverçi etməz ticarət.
Gözəl paltar geyinərək özümüzə verib ziynət.
Hakimlərin sarayında düzəldilər xoş ziyafət.
Novruz gəldi… Verdik şahın arvadına hədiyyələr,
Əvəzini verdi o da… hər qadına qiymətli zər.
Nəşələndik, çıxdıq ordan gülə-gülə, kefimiz çağ,
Yerə-göyə sığmayırdı sevincimiz, əziz qonaq.
Biz tacirlər apararıq o yerlərə töhfəmizi,
Padşahlar xoş baxışlarla qarşılayar orda bizi.
On gün getməz qulaqlardan rübabların həzin səsi,
Top oyunu, at yarışı canlandırar çölü, düzü.