This is a specific ad

Novak Türkiyədə qaz tədarükü, enerji sahəsində əməkdaşlığı müzarkirə edib

70

Another advertisement

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktarla qaz tədarükü, eləcə də elektrik və nüvə enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

QafqazTürk xəbər verir ki, məlumatı “Kommersant” yayıb.Bildirilib ki, Aleksandr Novak Alparslan Bayraktarı, habelə Türkiyə hökumətinin və iş adamlarının başqa nümayəndələrini hökumətlərarası dialoq, eləcə də enerji avadanlıqları və texnologiyalarının istehsalı sahəsində 2024-cü il sentyabrın 26-28-də Rusiyada keçiriləcək Enerji Həftəsində iştirak etməyə dəvət edib.

Məlumata görə, 2022-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” ilə itirilmiş tranzit həcmi Qara dəniz regionuna yönəldilə bilər. O, Türkiyədə qaz qovşağının yaradılmasını təklif etmişdi. 2023-cü ilin yanvarında Türkiyənin Energetika Nazirliyi qovşağın tikintisi üzrə işlərə başlandığını elan edib.

Sentyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qaz habının yaradılmasını müzakirə etmək istədiyini açıqlamışdı.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Bu şəxslərin maaşı artırılacaq – ƏTRAFLI
Öncəki yazı
კონიუნქტივიტი – თვალების ქავილის ხშირი მიზეზი