This is a specific ad

Norveçdən Ukraynaya 6 ədəd F-16!

23

Another advertisement

Norveç hava hücumlarından müdafiə oluna bilməsi üçün Ukraynaya 6 ədəd F-16 döyüş təyyarəsi bağışlayacağını açıqlayıb.

QafqazTürk xəbər verir ki,Norveç Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, bu barədə baş nazir Jonas Gahr Store məlumat verib. Store, Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətinin Rusiyaya qarşı mübarizəsində həyati əhəmiyyət daşıdığını və Ukraynaya 6 ədəd F-16 döyüş təyyarəsi bağışlamağa qərar verdiklərini ifadə etdi.

Rusiyanın hava hücumlarının Ukrayna xalqına böyük iztirablar və maddi ziyan vurduğunu bildirən Store, hədiyyə edəcəkləri F-16 döyüş təyyarələrinin Ukraynanın özünümüdafiəsinə töhfə verəcəyini qeyd edib. Bayden: Biz Ukraynaya tarixi əhəmiyyətli bir hava hücumundan müdafiə sistemi təqdim edəcəyik. Bu, təkcə Ukraynanın azadlığını qorumaq üçün deyil, həm də ümumi dəyərlərimizi, demokratiyanı və beynəlxalq hüquqa hörməti qorumaq üçün aparılan müharibədir. dedi. Açıqlamada Ukrayna qırıcı pilotlarının hazırlanmasına dəstəyi davam etdirəcəkləri bildirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Öncəki yazı
თურქეთის ამოცანაა, გახდეს „შანხაის თანამშრომლობის ორგანიზაციის“ მუდმივი წევრი – რეჯეფ თაიფ ერდოღანი