Norveç Livandakı diplomatlarını təxliyə etməyə başlayıb.
QafqazTürk Media xəbər verir ki bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Norveç Xarici İşlər Nazirliyinin məlumatına görə, Livanda vəziyyət gərgin olaraq qalır, o cümlədən Norveçin Beyrutdakı səfirliyi yaxınlığında partlayışlar baş verib.
“Bəzi Norveç diplomatları Livanı tərk edib. Səfir və digər Norveç diplomatları hadisə yerindədir”, – Norveç Xarici İşlər Nazirliyindən bildiriblər.