Nobel həftəsi gəlir-Bəs Nobel mükafatı laureatları hansı tarixdə açıqlanacaq?

388

Nobel həftəsi gəlir.

Bəs Nobel mükafatı laureatları hansı tarixdə açıqlanacaq?

Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı-ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur. 2024-cü ilin Nobel laureatları oktyabrın 7-14-də keçiriləcək “Nobel həftəsi”ndə elan olunacaq.

Qafqaz Türk Media xəbər verir ki, bu barədə Komitənin rəsmi saytı məlumat yayıb. İlk olaraq oktyabrın 7-də fiziologiya və tibb sahəsində Nobel laureatının adı elan olunacaq.

İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də fizika, oktyabrın 9-da isə kimya üzrə üzrə laureatların adları açıqlanacaq. Oktyabrın 10-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.

Təltifolunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda keçiriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Yəmən “Husiləri” İsrailin mərkəzi hissəsinə pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb
Öncəki yazı
Milli valyutamız olan lari haqqında nə bilirik?-Larinin tarixi ilə siz də tanış olun