Niyə yemək zamanı və ya dərhal sonra su içməməlisiniz?

103

Sovet dönəmində tanınan və qəribə açıqlamaları və emosional çıxışları ilə məşhur olan Professor Neumivakinin bir videosu sosial şəbəkələrdə viral olub. Videoda həkim “Mən cərraham və əməliyyatda qarın boşluğundan gələn üfunətli qoxunun səbəbini məhz ətlə bərabər su içməkdə görürəm”,- deyib.

Yemək zamanı və ya yeməkdən dərhal sonra bir qurtum belə su içsəniz, heç vaxt sağlam olmayacaqsınız. Siz mədə şirəsini, həzm şirəsini və konsentrasiyaları həll edirsiniz. Bu zaman orqanizmə düşən ət həzm olmur və çürüməyə başlayır. Sonra bu çürümüş, həzm olunmayan qalıqlar şlaklara çevrilir. Vəssalam, daha sizə kimsə kömək edə bilməz. Heç bir həkim bunu nəzərə almır. Ayaq yolundan gələn bütün üfunət qoxularının səbəbi ətlə suyu qarışdırmağınızdır. Bir daha təkrarlayıram. Ət yediyiniz zaman, ondan 30 dəqiqə əvvəl və ya sonra maye içməyin. İmkan verin bədən əti həzm etsin, deyə məşhur professor Neumıvakin israrla təkrarlayır.

 

Sonrakı yazı
Olaf Şolts və Fridrix Merz ilk televiziya debatında Ukrayna haqqında danışıblar
Öncəki yazı
Saqareco bələdiyyəsində qətl hadisəsi baş verib