Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu barədə Baş nazirin administrasiyası məlumat yayıb.
Əldə etdiyimiz məlumata görə, Paşinyan 7-8 avqust tarixlərində Vaşinqtona səfər edəcək.
“Vaşinqtonda baş nazir Paşinyan ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək”, – deyə administrasiyanın bəyanatında qeyd olunur.
Eyni zamanda bildirilib ki, Paşinyan ABŞ və Azərbaycan prezidentləri – Donald Tramp və İlham Əliyevlə birlikdə üçtərəfli görüşdə iştirak edəcək. Görüşün əsas məqsədi bölgədə sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviq olunmasıdır.