Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək

44

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Baş nazirin administrasiyası məlumat yayıb.

Əldə etdiyimiz məlumata görə, Paşinyan 7-8 avqust tarixlərində Vaşinqtona səfər edəcək.

“Vaşinqtonda baş nazir Paşinyan ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək”, – deyə administrasiyanın bəyanatında qeyd olunur.

Eyni zamanda bildirilib ki, Paşinyan ABŞ və Azərbaycan prezidentləri – Donald Tramp və İlham Əliyevlə birlikdə üçtərəfli görüşdə iştirak edəcək. Görüşün əsas məqsədi bölgədə sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviq olunmasıdır.

 

 

Sonrakı yazı
Trampın xüsusi nümayəndəsi Moskvadadır
Öncəki yazı
6 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur