Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub

97

Ermənistanın baş naziri Nikol Paşinyan dünən İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra sosial şəbəkədə yazıb ki, Rəcəb Tayyib Ərdoğanla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

“İstanbulda prezident Ərdoğanla ətraflı fikir mübadiləsi aparıldı. Biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini, regional dinamikanı və davamlı dialoqun əhəmiyyətini müzakirə etdik. Ermənistan regionumuzda sülh və sabitliyin qurulmasına sadiq qalır”, – Nikol Paşinyan X-də yazıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Müdirliyindən verilən məlumata görə, tərəflər Türkiyə və Ermənistan arasında əlaqələri, Cənubi Qafqazda davam edən sülh və dialoq prosesini, regionda baş verənləri müzakirə ediblər.

“Görüş zamanı Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları zamanı əldə olunan konsensusun əhəmiyyətini vurğuladı və Türkiyənin “qarşılıqlı faydalı” prinsipə uyğun olaraq bölgənin inkişafına dəstəyini davam etdirəcəyini qeyd etdi”, – Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında deyilir.

 

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
İsraildə deportasiya müəssisəsində saxlanılan 17 Gürcüstan vətəndaşı Gürcüstana qayıdıb
Öncəki yazı
“Nə etsəm də Nobel Sülh Mükafatını almayacağam”-Donald Tramp