Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib – ƏTRAFLI

0

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

QafqazTürk “Report”- istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr kəsilib. Türkiyənin təşəbbüsü ilə sərhədlər də bağlanıb.

0
0
Sonrakı yazı
İnsan hüquqlar nədir ? – VƏTƏNDAŞ TƏHSİLİ
Öncəki yazı
Putin: “Vaqner” özəl hərbi şirkəti dövlət tərəfindən maliyyələşdirilirdi