Siyasi baxımdan, biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırıq,
QafqazTürk Media bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nda bildirib.
Paşinyanın sözlərinə görə, bu marşrutlarda dəmir yollarının təmir və ya yenidənqurmaya ehtiyacı var və texniki problemlər iki-üç il ərzində aradan qaldırılacaq.
“Yaxın gələcəkdə Ermənistan ərazisindən qaz kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xəttləri keçəcək. Dəmir yolu və avtomobil əlaqələri də təmin olunacaq. Bütün bunlar TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) proqramı çərçivəsində nəzərdə tutulur. Həmçinin Türkiyə və Azərbaycanla müvafiq danışıqlar aparılır. ABŞ-la da bu sazişlərin həyata keçirilməsi üçün işlər gedir”, – deyə Nikol Paşinyan bildirib.