This is a specific ad

Nikol Paşinyan Gürcüstana gəlir

161

Another advertisement

Sentyabrın 16-da Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatına görə, saat 14:00-da Gürcüstan hökumətinin administrasiyasında Ermənistanın baş nazirinin rəsmi qarşılanma mərasimi keçiriləcək.

Erməni həmkarını Gürcüstanın baş naziri İrakli Kobaxidze qəbul edəcək.

Üzbəüz və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Nikol Paşinyan mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
G7-İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsinə dəstəyini dərhal dayandırmalıdır
Öncəki yazı
“Ərazi bütövlüyünün bərpası üçün Gürcü Arzusu konstitusiya çoxluğu əldə etməlidir” – İvanişvili