This is a specific ad

Nikol Paşinyan: “Ermənistanda su böhranı dərinləşir”

8

Another advertisement

“İnfrastrukturun olmaması və ya sıradan çıxması səbəbindən Ermənistanda su böhranı dərinləşir”.

QafqazTürk.com  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Suya olan münasibəti dəyişdirməyin lazım olduğunu qeyd etməyin vaxtı çatıb. Ermənistanda su böhranı dərinləşir. Bu məsələ qlobal xarakter daşıyır. Bizdə isə infrastrukturun olmaması və ya sıradan çıxması, suya olan münasibətimiz səbəbindən bu böhran dərinləşir”, – o deyib.

N.Paşinyanın sözlərinə görə, yollar, məktəblər və səhiyyə sistemində yaranan problemlərdən sonra növbəti problem su sahəsi ilə bağlıdır: “Açıq deyək ki, Ermənistanda su idarə olunmur, sadəcə axır. Bununla bağlı təşkilatlar, məmurlar, prosedurlar, qanunlar olsa da, su idarə edilmir. Bu məsələ ilə bağlı bilik problemimiz var. Yəni su problemini idarə etməyin nə demək olduğunu bilmirik”.

Baş nazir əlavə edib ki, hökumət hazırda bu problemi həll etmək üçün yeni su anbarlarının tikintisini planlaşdırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
მარნეული-სადახლოს გზაზე ავტოსაგზაო შემთხვევას ორი ახალგაზრდა ადამიანი ემსხვერპლა
Öncəki yazı
Yuxarı Saral kəndində yol-nəqliyyat hadisəsi baş verib,ölən və yararalanan var