Another advertisement
“Cənubi Qafqazda sülhə ehtiyac var”.
QafqazTürk.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “X” hesabında yazıb.
O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır, iqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edilməlidir.
“Xüsusilə bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər. Mən sülh quruculuğunun bərpa olunmasını əsas siyasi öhdəlik hesab edirəm”, – deyə o vurğulayıb.