Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti ilə görüşüb

60

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey D.Vens ilə görüşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onların sözlərinə görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri və regional gündəliyə aid məsələlər müzakirə olunub.

Nikol Paşinyan da sosial şəbəkədə görüşlə bağlı yazıb və J.D.Venslə “yaxşı söhbət” etdiyini bildirib.

“Mən Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə tanışlıq görüşü keçirdim. Yaxşı söhbətimiz oldu”, – Paşinyan yazıb.

Kateqoriya: Dünya, Region, Siyasət
Sonrakı yazı
Gürcüstanda Azərbaycan və erməni dilli teatra ayrılan pulun miqdarı məlumdur
Öncəki yazı
Mixail Kavelaşvili Natia Turnavanı Gürcüstan Milli Bankının prezidenti təyin edib