This is a specific ad

Nika Qvaramiyaya 12 günlük inzibati həbs cəzası verilib

225

Another advertisement

Tbilisi şəhər məhkəməsi “Dəyişikliklər üçün Koalisiya”nın lideri Nika Qvaramiyanı inzibati xəta törətmiş şəxs kimi tanıyıb və ona 12 sutka inzibati həbs cəzası verib.

Nika Qvaramiya qərarı elan edildikdən sonra “Yaşasın Gürcüstan, ölüm qullara”- deyib.

Xatırladaq ki, Nika Qvaramiya “Vaxtıdır” partiyasının ofisində aparılan istintaq zamanı həbs edilib. Nika Qvaramiya ofisə girib axtarışda iştirak etməyi xahiş edib, polis buna hüquq verməyib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Nika Qvaramiya arasında qarşıdurma baş verib və bu zaman koalisiyanın lideri həbs edilib.

Məlumat üçün bildirək ki, Nika Qvaramiya İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama 166 və 173-cü maddələri ilə həbs edilib.

Sonrakı yazı
Bu gün sazbənd Bafəli Adıgözəlovun 65 illik yubileyi qeyd olundu
Öncəki yazı
Etiraz edən bir qrup vətəndaş və fəallar Ədliyyə Evinə daxil olublar