Nigeriyada daşqınlar nəticəsində 151 nəfər həlak olub.
Bu barədə Reuters məlumat yayıb.
Nigeriyanın fövqəladə halların idarə olunması agentliyinin sözçüsü İbrahim Audu Hüseynin sözlərinə görə, güclü yağışlar nəticəsində Nigeriyanın mərkəzi Niger əyalətinin Mokva şəhərini su basıb.
Daşqınlardan 500-dən çox ailə zərər çəkib, 3000-dən çox insan isə məcburi köçkün vəziyyətinə düşüb.
Ölkənin fövqəladə hallar idarəsi agentliyinin məlumatına görə, xilasetmə işləri hələ də davam edir.