Niderlandda sənaye zonasında güclü yanğın baş verib

5

Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.

QafqazTürk xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu vilayətdə quş qripi ilə bağlı karantin elan edilib
Öncəki yazı
Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı artıb