Another advertisement
Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs “Petticoat” əyləncə mərkəzindəki kafedə insanları girov götürüb.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir.
İlkin məlumatlara görə, bir nəfər silah və partlayıcı ilə binaya daxil olaraq partlayış törətməklə hədələyib.
Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.
Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək olub. Əməliyyat davam edir.
Polis Ede sakinlərini mərkəzə gəlməməyə çağırır. Şəhərin bir hissəsi mühasirəyə alınıb, mağazalar hələ də bağlıdır. Ehtiyat tədbiri olaraq 150-yə yaxın ev təxliyə edilib.
Lakin polis hadisənin terrorla bağlı olmadığını ehtimal edib.