Netanyahu: “İsrail Trampın girovlarla bağlı planını dərhal həyata keçirməyə hazırdır”

50

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrail ABŞ prezidenti Donald Trampın bütün girovların azad edilməsini nəzərdə tutan planını həyata keçirməyə tam hazırdır.

“İsrail Trampın planının bütün girovların dərhal azad edilməsini özündə birləşdirən birinci mərhələsini dərhal yerinə yetirməyə hazırdır”, – bəyanatda vurğulanıb.

Açıqlamada bildirilib ki, İsrail “müharibənin İsrailin müəyyən etdiyi prinsiplərə uyğun olaraq dayandırılması” üçün ABŞ prezidenti Donald Trampla sıx əməkdaşlığı davam etdirəcək.

Xatırladaq ki, “HƏMAS” Trampın Qəzzada müharibənin başa çatdırılmasına dair sülh planına cavab verərək, bütün girovları azad etməyə hazır olduğunu açıqlamışdı. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini müvəqqəti texnokratik hökumətə təhvil verməyə razı olduğunu bildirib.

Bununla yanaşı, “HƏMAS” Tramp planının “Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları” ilə bağlı bəndlərinin əlavə danışıqlar tələb etdiyini vurğulayıb və İsrail və ABŞ-ın tərksilah tələbinə cavab verməyib.

“HƏMAS”-ın açıqlamasından sonra Donald Tramp sosial şəbəkədə yazıb:

“ “HƏMAS”-ın son bəyanatına əsaslanaraq, onların davamlı sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzanı bombalamasını dərhal dayandırmalıdır ki, girovlar təhlükəsiz və tez azad edilsin!” – Tramp Truth sosial şəbəkəsində paylaşım edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rustaveli prospektində bu gün etiraz aksiyası keçiriləcək
Öncəki yazı
4 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur