This is a specific ad

Mikayıl Cabbarov: BTQ-nin Gürcüstan hissəsində işlər bu ilin sonuna kimi yekunlaşacaq

75

Another advertisement

Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu layihəsi 2017-ci ildə istismara verilib və Gürcüstan ərazisində onun genişləndirilməsi üçün işlər bu ilin sonuna qədər başa çatdırılacaq.

QafqazTürk xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, digər mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlamasıdır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında yerləşən və müasir infrastruktura malik olan Ələt azad iqtisadi zonası yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Qeyd etmək istərdim ki, sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur” – deyə, nazir əlavə edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Darçiaşvili: Gürcüstan Ermənistan-Azərbaycan sülh prosesində tərəfsiz oyunçudur
Öncəki yazı
XİN Ukraynada Rusiyanın iki gürcünü əsir götürməsini təsdiqləyib