This is a specific ad

NATO “Vaqner”in silahlı qiyamına münasibət bildirib – ƏTRAFLI

53

Another advertisement

“Alyans vəziyyəti diqqətlə izləyir.”

QafqaTürk “Report”- a istinadən xəbər verir ki, bu barədə Alyansın sözçüsü Oana Lunqesku bildirib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Sonrakı yazı
Rusiya XİN: “Biz Qərb ölkələrini Rusiyadakı daxili vəziyyətdən mümkün istifadədən çəkinməyə çağırırıq” – ƏTRAFLI
Öncəki yazı
PEŞƏ TƏHSİLİ ALMAQ İSTƏYƏN ŞƏXLƏRİN NƏZƏRİNƏ!