This is a specific ad

NATO Ukraynanın alyansa qəbulu üçün yol xəritəsi hazırlayır

71

Another advertisement

Şimali Atlantika Alyansı Ukraynanın Qərb hərbi-siyasi bloku ilə tam qarşılıqlı fəaliyyətə keçməsi üçün yol xəritəsi hazırlayır.

QafqazTürk.com xəbər verir ki,bu barədə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclasının yekunlarına dair bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, kompleks yardım paketi Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun bərpası, həmçinin ölkənin uzunmüddətli perspektivdə müdafiə sahəsinin dəstəklənməsi üçün çoxillik proqrama çevriləcək.

“Bu səylərin bir hissəsi olaraq, biz Ukraynanın NATO ilə tam qarşılıqlı fəaliyyətə keçməsi üçün yol xəritəsi hazırlayırıq”, – deyə bəyanatda vurğulanıb.

NATO-dan verilən məlumatda əlavə olunub ki, minalardan təmizləmə, Ukrayna silahlı qüvvələrinin yaralı hərbi qulluqçularının tibbi reabilitasiyası və müdafiə satınalmalarının strateji icmalı əsasında ölkənin müdafiə sənaye kompleksinin inkişafı ilə bağlı layihələr hazırlanır.

Qeyd edək ki, NATO-Ukrayna şurasının yaradılması haqqında qərar Qərb hərbi-siyasi blokunun iyul ayında Vilnüsdə keçirilən sammitində qəbul edilib, şuranın artıq müxtəlif səviyyələrdə bir neçə iclası keçirilib.

Bundan əvvəl Kiyev NATO-Ukrayna Komissiyası çərçivəsində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edib. Təşkilatın baş katibi Yens Stoltenberqin dediyi kimi, şuranın yaradılması Ukraynanı alyansa üzvlüyünə yaxınlaşdırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polşada məktəbə hücum olub, yaralananlar var
Öncəki yazı
Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub