This is a specific ad

NATO-Ukrayna Şurası yaradılacaq

43

Another advertisement

NATO-Ukrayna Şurasının yaradılması məsələsi müzakirə olunur.

Qafqaztürk xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Rusiyanın işğalı altındakı əraziləri azad etmək üçün Ukraynaya kifayət qədər hərbi yardım edib: “Bununla belə, Kiyevə daha böyük yardımlar etməyə hazırdır”.

Baş katib Alyans ölkələrinin əhəmiyyətli maliyyə vəsaiti ilə Kiyev üçün çoxillik dəstək paketi üzərində işlədiklərini bildirib: “Bu, Ukraynanı uzunmüddətli çəkindirmə və müdafiə ilə təmin edəcək”. Y.Stoltenberq qeyd edib ki, sovet dövründən qalma doktrina, avadanlıq və təlimlərdən tam NATO standartlarına uyğunlaşmaya keçid zamanı təhlükəsizlik, müdafiə sektorunun yenidən qurulmasına köməklik göstəriləcək”.

Onun sözlərinə görə, Osloda keçirilən görüşdə NATO-Ukrayna komissiyasının səviyyəsinin NATO-Ukrayna Şurası səviyyəsinə qaldırılması da müzakirə olunub.

Baş katib vurğulayıb ki, bu, NATO-ya Ukrayna ilə ümumi məsləhətçi forum yaratmasına kömək üçün mühüm addım olacaq: “Ukrayna hətta danışıqlar masası arxasında olacaq. Bu həm də təhlükəsizlik məsələlərinin müzakirəsinə kömək edəcək”.

Alyans rəhbəri məlumat verib ki, görüş zamanı XİN rəhbərləri Ukraynanın NATO-ya üzv olmaq istəyini də nəzərdən keçiriblər: “Alyansın bütün üzvləri NATO-ya qapının açıq qalması ilə razılaşıb. Ancaq Ukrayna və Alyansın bu məsələdə qərar vermək hüququ var, Rusiyanın isə veto hüququ yoxdur”.

Y.Stoltenberq qeyd edib ki, Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razıdırlar: “Ancaq indi ən vacibi Ukraynanın suveren və müstəqil dövlət kimi qalib gəlməsidir”.

Müharibənin nə vaxt bitəcəyini bilmədiklərini deyən Baş katib deyib: “Gələcəkdə ölkənin təhlükəsizliyini təmin etmək, eləcə də Rusiyanın təcavüzünü dayandırmaq üçün etibarlı alətlərimiz olacaq”.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Öncəki yazı
İyunun 2-nə rəsmi valyuta məzənnəsi