• 14 Mart 2025 10:48

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşmaqda davam edir”-Aleksandr Qruşko

ByTürkan Şahverdova

Dek 20, 2024
Another advertisement

“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşmaqda davam edir və müdafiə sahəsində planlaşdırma prosesində alyansın aqressiv davranışı nəzərə alınır”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Rusiya ardıcıl olaraq hərbi imkanlarımızı nümayiş etdirmək də daxil olmaqla, birbaşa münaqişədən qaçmaq siyasəti yürüdür. NATO-nun ümumi kursuna gəlincə, bu, həm Rusiyanı, həm də qlobal və regional təhlükəsizliyin bütün arxitekturasını təhdid edir”, – Qruşko qeyd edib ə.

Onun sözlərinə görə, Rusiyanın niyyətini iblisləşdirən NATO bütün əməliyyat şəraitlərində üstünlüyə nail olmağa çalışır, Rusiya sərhədlərində hərbi kontingentinin sayını daim artırır, hücum hərəkətləri praktikasını özündə əks etdirən təlimlər keçirir və silahların sürətlə ötürülməsi üçün maddi-texniki infrastrukturu inkişaf etdirir.