NATO Putinin nüvə təhdidlərinə və Rusiya hökumətinin Belarus ərazisində nüvə silahı yerləşdirməsinə etinasız yanaşmamalıdır.Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.”Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə Alyansa üzv ölkələrin vətəndaşları var idi. Lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur”.

0

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Özbəkistan parlamenti Azərbaycanla hərbi əməkdaşlığa dair razılaşmanı təsdiqləyib Özbəkistan Ali Məclisinin senatorları 39-cu plenar iclasda Azərbaycan hökuməti ilə hərbi və hərbi-texniki əməkdaşlıq haqqında Sazişin təsdiq olunması barədə qanunu qəbul ediblər.Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda senatorlar “Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə” (Daşkənd, 21 iyun 2022-ci il) və “Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında hərbi-texniki sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə” (Daşkənd, 21 iyun 2022-ci il) qanunları təsdiqləyiblər.Xatırladaq ki, bu sazişlər Azərbaycan və Özbəkistan hökumətləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2022-ci il tarixində Özbəkistana səfəri zamanı imzalanıb.Qeyd edək ki, Özbəkistan parlamentinin 39-cu plenar iclası 6-7 aprel 2023-cü il tarixlərində keçirilir.
Öncəki yazı
Qarabağ-Qalatasaray matçından əldə edilən gəlir açıqlanıb – FOTO