NATO-nun yüksək rütbəli rəsmisi Ukraynadan üzr istədi – ƏTRAFLI

1

NATO-nun yüksək rütbəli rəsmisi, təşkilatın baş katibi Yens Stoltenberqin ofisinin rəhbəri Stian Yenssen “Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verə bilər” sözlərinə görə üzr istəyib.

QafqazTürk xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı  Norveçin “Verdens Gang” (VG) qəzetində məlumat yayılıb.

Xatırladaq ki, çərşənbə axşamı Yenssen Norveçdə keçirilən bir tədbir zamanı Ukraynadakı hadisələri şərh edərkən rəsmi Kiyevi qəzəbləndirən cümlələr işlədib. Yensenin sözlərinə görə, müharibənin bitməsinin səbəblərindən biri Ukraynanın Şimali Atlantika Alyansına üzvlük müqabilində ərazisinin bir hissəsindən imtina etməsi ola bilər.

Ertəsi gün Yenssen eyni qəzetə müsahibə verərək, sözləriniə izahat gətirməli olub. Onun sözlərinə görə NATO rəsmisi kimi “bu qədər sadə danışmamalı imiş”.

“Mənim bəyanatım Ukrayna üçün mümkün gələcək ssenariləri ilə bağlı daha geniş müzakirənin bir hissəsini əks etdirir. Mən bunu deməməliydim, səhv idi”, – deyə Stian Yenssen vurğulayıb.

Lakin NATO rəsmisi yenə də “üzvlük müqabilində torpaq” variantının danışıqlar masasına yatırıla biləcəyi fikrindən imtina etməyib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ağ Ev: “Bayden Kim Çen Inla danışıqlara hazırdır”
Öncəki yazı
ბჟანიას მოსკოვში ოპერაცია ჩაუტარდა