NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç nümayəndələrini qəbul edib.
QafqazTürk xəbər verir ki, Yens Stoltenberq görüşdən sonra keçirilən mətbuat konfransında elan edib ki, müttəfiqlər Finlandiya və İsveçi 2022-ci il Madrid sammitində ittifaqa dəvət etmək barədə razılığa gəliblər.
Baş katib qeyd edir ki, İsveç lazımi tədbirləri görüb, o cümlədən konstitusiyaya dəyişikliklər edib, antiterror qanunu tətbiq edib, Türkiyəyə silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırıb və antiterror əməkdaşlığı gücləndirib.
“Bu görüşdə hamımız razılaşdıq ki, çox yaxşı irəliləyiş əldə edirik. Biz hamımız razıyıq ki, İsveçin tamhüquqlu üzvlüyü bütün müttəfiqlərin təhlükəsizlik maraqlarına uyğundur və hamımız bu prosesi mümkün qədər tez başa çatdırmaq istəyirik”, – Stoltenberq bildirib.
Yens Stoltenberqin fikrincə, İsveçin qoşulması alyansa böyük hərbi fayda verəcək, o cümlədən Qara dənizdən Baltik dənizinə davamlı qalxan təmin edəcək.
“İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək”, – Yens Stoltenberq bildirib.